ULTRASƏS DENSİTOMETRİYA #SÜMÜK TOXUMASININ SIXLIĞINI VƏ MİNERAL KÜTLƏSİNİ TƏYİN EDİR.
-
Densitometr-sümük toxumasinin sıxlığını ölçən funksional diaqnostikada istifadə edilən cihazdı.
Densitometriya müayinəsi osteopeniya və osteporozu erkən vaxtlarında aşkar etməyə imkan yaradır.
Bu müayinə üsulu sümük zəifliyini və sınıq riskini qiymətləndirmək,risk altında olan şəxslərin müayinə və müalicənin dinamik müşahidə etmək imkanını verir.
Densitometriyanın DEXA(Dual-Enerji X-ray Absortptiometry) və ultrasəs müayinə növləri var.DEXA iki fərqli rengen şüası ilə sümük sıxlığını ölçür, bel və bud sümüklərində aparılır.DEXA sümük kütləsini yoxlanmasinda qızıl standart sayılır.
Lakin bu müayinənin bir çox neqativ tərəfləri də var:
1)Radiasiya təsiri(KT və rengen müayinəsindən yeni keçən xəstələr)
2)Hamilələrdə fetusun inkişafına mənfi təsiri
3)Şüa terapiyasında olan onkoloji xəstələrdə radiasiya yüklənməsi
4)Uşaqlarda -inkişaf edən orqanizmə olan mənfi təsirlər
5)Radioaktiv bölgələrdə işləyənlərdə əlavə radioloji yüklənmə
6)Müayinəsi bahadir-sıgorta tərəfindən qarşılanmadıgı halda xəstələr müayinədən keçə bilmir.
Bu hallarda ultrasəs densitometriya üstündür.
Densitometriya müayinəsindən kimlər keçməlidir:
1)Menopauza dövründə olan xanımlar və andropauza dövründə olan kişilər
2)Cuzi travma fonunda baş verə sınıqlar,bud sümüyünün onurga sütununun kompression sınıqları
3)Endpkrinoloji,mədə-bağirsaq xəstəliyi olanlar
4)Nevraloji və kortikosteroid dərman qəbul edən pasiyentlər
5)Autoimmun-sistem xəstəliyi olanlar
6)Onkoloji,ximioterapiya müalicəsində olanlar
7)Nikotin və narkotik vasitələrdən istifadə edənlər
8)65 yaşda yuxari olanlar
9)Onurğa sütununa,oynaqlara yerləsdirilən inplant əməliyatlarindan öncə.
Klinikamızda mövcud olan Mini Omni cihazı İsrailin Sunlight Medical şirkəti tərəfindən təqdim olunub.Bu cihaz sümük sıxlığını radiasiyasiz və sürətli şəkildə ölçür.Ölçüm tibia və radius bölgələrində aparılır.Müayinə tam şüasız,oturaq vəziyyətdə,bir neçə dəqiqə müddətində keçirilir.Müayinə zamanı T-score və Z –score standartlarına uygun hesablanma gedir .Nəticədə osteopeniya və osteoporozun erkən mərhələdə aşkarlamaq mümkün olur.Bu kompression sınıqların qarşısını almaqda əvəzsiz bir üsuludur.
Sunlight Mini Omni uşaqlarda da sümük sıxlıgını tam ziyansiz səkildə müayinə etməyə imkan verir.
Ultrasəs densitometriyanin əsas üstünlüklərindən biri də müayinə DEXA-ya nisbətən 2-3 dəfə daha ucuzdur və dinamik nəzarətə ehtiyaci olan pasiyentlərdə davamlı olaraq keçirilə bilər.
DİAQNOZ TİBB MƏRKƏZİNDƏ #DENSİTOMETRİYA MÜAYİNƏSİNDƏN KEÇİN, SÜMÜKLƏRİNİZİN SAĞLAMLIĞINA ƏMİN OLUN!
904
+994 55 754 43 03
Bakı, Xətai rayonu, Əhmədli, Sarayevo küçəsi, 38C





























































